Modern.az

Dəmir yolunda qiymətlər ucuzlaşır

Dəmir yolunda qiymətlər ucuzlaşır

Aktual

12 Mart 2017, 23:42

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaqla bağlı razılığa gəliblər. Modern.az Azərtac-a istinadən xəbər verir ki, məqsəd “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşdırılmasıdır.

“İran Dəmir Yolları” şirkətinin sədr müavini Hüseyin Aşuri bildirib ki, qərar Moskvada 3 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib. Görüşdə həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən yüklərin daşınması prosesinin təşkili, eləcə də Astarada İranın sərhəd terminalının tranzit imkanlarının inkişafı müzakirə edilib.

Üçtərəfli görüşdə yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana, eləcə də əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə edilən məsələ olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu