Modern.az

Batumidəki iğtişaşlara görə 7 nəfər həbs edildi

Batumidəki iğtişaşlara görə 7 nəfər həbs edildi

Dünya

13 Mart 2017, 00:01

Batumidəki iğtişaşlara görə saxlanılanlar var. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, saxlanılan 16 nəfər Batumi Şəhər Məhkəməsi qarşısına çıxarılıb. Onlardan 3-ü yetkinlik yaşına çatmadığı üçün sərbəst buraxılıb. Daha 6 nəfərin işi üzrə proses təxirə salınıb. 7 nəfərə beş sutkalıq həbs cəzası verilib.

Qeyd edək ki, Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 30 nəfər xəsarət alıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər