Modern.az

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

13 Mart 2017, 10:34

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Modern.az xəbər verir ki, müraciətdə vurğulanıb ki. bayramla əlaqədar keçirilən mərasimlərdə əhali təhlükəsizlik qaydalarını bilməlidir:

"Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu