Modern.az

Suriyada rekord sayda uşaq ölümü qeydə alınıb

Suriyada rekord sayda uşaq ölümü qeydə alınıb

13 Mart 2017, 10:44

Suriyada 2016-cı ildə rekord sayda uşaq həlak olub. Modern.az xəbər verir ki, BMT-nin Uşaq Fondunun (YUNİSEF) verdiyi məlumata görə, 2016-cı ildə ölkədə 652 uşaq həlak olub. Bu 2014-cü ildən bəri rekord göstəricidir.

 

2015-ci illə müqayisədə Suriyada həlak olanların sayı 20% artıb.

 

YUNİSEF-in hesabatlarında 255 uşağın məktəb və məktəbətrafı ərazilərdə öldürüldüyü bildirilir. Həmçinin, hərbi əməliyyatlara cəlb edilən uşaqların sayı 850-ni keçib. Təşkilatın hesabatına görə, azyaşlılar təmas xəttində döyüşlərdə, edamlarda və kamikadze hücumlarında iştirak edir.

 

“Milyonlarla suriyalı hər gün hücumlara məruz qalır. Onların həyatı alt-üst olub” – deyə YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika regional direktoru Gert Kappilare deyib.

 

Təşkilatın məlumatına görə, Suriyanın dağlıq regionlarında 2,8 milyon uşaq köməksiz vəziyyətdə qalıb.

 

Vüqar İSMAYILOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu