Modern.az

Fransız deputat: Azərbaycan öz torpaqları üzərində nəzarəti bərpa etməlidir

Fransız deputat: Azərbaycan öz torpaqları üzərində nəzarəti bərpa etməlidir”

13 Mart 2017, 12:35


“Azərbaycanın torpaqları işğal edilib, yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Ancaq hansı yolla olur-olsun, bu torpaqlar Azərbaycana qaytarılmalıdır, Azərbaycan ərazi bütövlüyünü təmin etməli və öz torpaqları üzərində nəzarəti bərpa etməlidir”.

Modern.az xəbər verir ki, bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bu gün Milli Məclisdə keçirilən görüşdə deyib.


A.Reyşar bildirib ki, o, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi qayğısının mövcud olmasını çox gözəlı başa düşür.


“Burada əyləşən şəxslərin hər biri artıq bu barədə yetərincə məlumata malikdir. Biz Fransada fəal iş aparırıq ki, Azərbaycanın haqq işinə dəstək verək”.


A.Reyşar həmçinin qeyd edib ki, ötən ilin aprel ayında baş verən döyüşlər narahatlığın artıq pik həddində olduğunu göstərib.

“Bu onu göstərdi ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Ancaq istənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.



Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu