Modern.az

Parlamentin komitə sədri: “Türkiyə ilə Niderland arasında gərginlik böyük problemlər yaradacaq”

Parlamentin komitə sədri: “Türkiyə ilə Niderland arasında gərginlik böyük problemlər yaradacaq”

13 Mart 2017, 12:52

“Son zamanlar Avropada çox yüksək dözümsüzlük nümayiş olunur. Bu dözümsüzlük təəssüflər olsun ki, xüsusilə də müsəlman ölkələrinə qarşı yönəlib. Biz bunu görürük və eşidirik”.


Bunu Modern.az-a Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bəzi Avropa ölkələrində qardaş Türkiyə əleyhinə yönəlmiş aksiyalara münasibət bildirərkən deyib.


Komitə sədri bildirib:


“Təbii ki, biz Türkiyəni haqlı olaraq dəstəkləyirik. Bu baxımdan ki, həmin Avropa ölkələrinin əksəriyyəti insan haqları, demokratiya, sərbəst toplaşmaqla bağlı müxtəlif fikirlər söyləyirlər. Belə fikirlərin əsasında da bu günlər Avropada sağçıların çox güclü mövqeyinin qalib gəlməsi dayanır. Bununla bağlı xüsusi vurğulamaq istəyirəm ki, istənilən ölkəyə, xüsusən də Türkiyə qarşı belə bir addım atanda fikirləşmək lazımdır ki, Türkiyə NATO-nun üzvüdür. Türkiyə uzun müddətdir ki, Avropa ilə müxtəlif hərbi layihələr həyata keçirir. Bütün bunları nəzərə alsaq, düşünürəm ki, bu gərginliyin heç bir məqsədi yoxdur”.


Fuad Muradov vurğulayıb ki, Türkiyə və Niderland arasında yaranan gərginlik Avropada çox böyük problemlərə gətirib çıxaracaq.


“Mən bir daha Türkiyəyə qarşı, xüsusən də diplomatik toxunulmazlığı olan şəxslərə qarşı atılan xoşagəlməz addımları qətiyyətlə pisləyirəm”.


Qeyd edək ki, Niderlandın türk nazirləri ölkəyə buraxmaması Türkiyə ilə diplomatik qalmaqala səbəb olub.



Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu