Martın 12-də Xətai rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Emin Sadıqov evində münaqişə zəminində əvvəllər məhkum olunmuş atası Salehə və anası Yasəmənə bıçaqla xəsarət yetirib.
Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində Saleh ölüb, Yasəmən isə xəstəxanaya yerləşdirilib.
Xətai RPİ 36-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Sadıqov tutulub.
Modern.az