Türkiyə Xarici İşlər Nazirliyi Hollandiyaya 2 rəsmi nota göndərib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, notalar Hollandiyadan türk nazirləri ərazisinə buraxmamasının səbəbi və türk icmasının nümayəndələrinin sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlıdır.
Nazirlik rəsmi Ankaranın kompensasiya tələb etmək hüququnu əlində saxladığını bildirib.
“Türkiyə Hollandiyadan rəsmi səviyyədə üzr istəməsini tələb edir” – deyə notada yazılıb.
Vüqar İSMAYILOV