Martın 7-də Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər etmişdi. Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfər edib.
Budəfəki səfərlər zamanı Dağlıq Qarabağ probleminin həllində hər hansı bir irəliləyişə səbəb ola bilərmi?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov Modern.az-a bildirib ki, Prezident İlham Əliyevin fransalı həmkarı Fransua Ollandla görüşməyi vacib məsələdir.
“Bu səfər zamanı müəyyən danışıqlar da aparılacaq. Ancaq düşünürəm ki, nəzərə alınmalıdır ki, Fransua Ollandın səlahiyyətlərinin bitməsinə çox az müddət qalıb. Onun hələ ki kifayət qədər resursu yoxdur ki, erməniləri ağıllandırsın. Həmçinin onları öz iddialarından əl çəkdirsin ki, bu məsələnin həllində bir irəliləyiş olsun”.
Mirmahmud KAZIMOĞLU