Modern.az

Vəkili Mehman Hüseynovla görüşdü

Vəkili Mehman Hüseynovla görüşdü

13 Mart 2017, 15:04

Vəkili həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüb. Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

“Bu gün Mehman Hüseynovla görüşdüm. Əhvalı yaxşıdır, hər kəsə salamı var. Ona göndərilən bütün salamları çatdırdım. Onu müdafiə edən hər kəsə təşəkkürünü çatdırmağımı xahiş etdi”.

E.Sadıqov deyib ki, müvəkkilinin telefonla danışmasına şərait yaradılıb.

Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza