Martın 14-də, saat 10.00-da Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə ölüm cəzaları ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş keçmiş OMON-çular Elçin Əmiraslanovun, Səfa Poladovun və Arif Kazımovun işiləri üzrə verdiyim kassasiya şikayətinə baxılacaq.
Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
Kassasiya şikayətində onların barəsində tətbiq edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzsının 2000-ci ilə qədər qüvvədə olan CM-nin 23-cü maddəsinə əsasən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması xahiş edilir.
Təqsirləndirilən şəxslər-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov 1996-cı ildə ölüm cəzasına məhkum edilib. 1997-ci ildə onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.
Gülşən RAUFQIZI