Modern.az

Hüsnü Mübarək azadlığa çıxır

Hüsnü Mübarək azadlığa çıxır

13 Mart 2017, 17:23

Misir Baş prokurorluğu keçmiş ölkə prezidenti Hüsnü Mübarəkin azadlığa çıxmasına razılıq verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mart ayında Misir Kassasiya Məhkəməsi də keçmiş prezidentə tam bəraət vermişdi.

 

Mübarək 2011-ci ilin yanvar ayında başlayan iğtişaşlar zamanı devrilmişdi. O, etirazçılara atəş açmaq barədə göstəriş verməkdə təqsirləndirilirdi.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza