Modern.az

Azərbaycan pilotsuz uçuş aparatlarını vurmaq üçün bu silahdan alır

Azərbaycan pilotsuz uçuş aparatlarını vurmaq üçün bu silahdan alır

13 Mart 2017, 17:46

Azərbaycan Türkiyənin "Harp Arge" şirkətindən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan "Drone Killer" silah sistemi alıb.

 

 Modern.az "haberler.com"a istinadən xəbər verir ki, pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah hazırda Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində və polis orqanlarında terrorla mübarizədə aktiv istifadə edilir.

Məlumatda qeyd edilib ki,  bu silahdan Türkiyə baş naziri Binali Yıldırımın mühafizəçiləri də istifadə edir. Belə ki, bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparır.

Silah sistemi artıq Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza