Modern.az

Tanınmış məhkumların adı Əfv Komissiyasına verilib

Tanınmış məhkumların adı Əfv Komissiyasına verilib

Aktual

14 Mart 2017, 09:22

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı, 400-ə yaxın insanın ölkə başçısının humanist addımı nəticəsində azadlığa çıxacağı gözlənilir.

 

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a deyib ki, onların Prezident yanında Əfv Komissiyasına təqdim etdiyi siyahıda 24 nəfərin adı qeyd olunub:

 

"Həmin şəxslər arasında Əli İnsanov, İlqar Məmmədov, NİDA-çı gənclər Qiyas İbrahimov, Bayram Məmmədov, AXCP sədrinin köməkçisi Faiq Əmirli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və başqaları var.

 

Hüquq müdafiəçisi siyahıda olan şəxslərin azadlığa çıxacağına böyük ümidlərinin olduğunu bildirib.

 

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza