Modern.az

Almaniyanın Vürtsburq Universitetinin professor ADU-da mühazirə oxuyub

Almaniyanın Vürtsburq Universitetinin professor ADU-da mühazirə oxuyub

Aktual

14 Mart 2017, 11:20

Martın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman müəllim və tələbələrə “Heinrich von Morungen: Minnesang” mövzusunda mühazirə oxuyub. Tələbə və müəllimlər tərəfindən maraqla qarşılanan mühazirədə professor onları maraqlandıran sualları cavablandırıb.

 

Qeyd edək ki, Ziqlinde Hartman (Sieglinde Hartmann) ADU- nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin təklifi və Alman dili kafedrasının baş müəllimi Sənubər Zeynalovanın təşkilatçılığı ilə almandilli tələbə və müəllimlər üçün 16.03.2017-ci il tarixədək ADU-da mühazirələr aparacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza