Modern.az

Milli Qəhrəman Çingiz Qurbanovun  adına xüsusi auditoriya yaradıldı - FOTOLAR

Milli Qəhrəman Çingiz Qurbanovun  adına xüsusi auditoriya yaradıldı - FOTOLAR

Aktual

14 Mart 2017, 14:16

Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Çingiz Qurbanovun adına xüsusi auditoriya yaradılıb. Universitetin Xüsusi texnika və texnologiya fakültəsində yaradılan auditoriyada tələbələrə optatexnika ixtisası üzrə dərslər tədris olunacaq.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, zəruri avadanlıqlarla təmin olunan auditoriyaya qəhrəmanın portreti də qoyulub.

 

AzTU-nun Xüsusi Texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovun sözlərinə görə xüsusi auditoriya Milli Qəhrəmanın bir vaxtlar dərs aldığı sinif otağı olub. Dekan qeyd edib ki, doğma fakültəsi Çingizi heç vaxt unutmayacaq və onun qəhrəmanlığını daima tələbələrə təbliğ edəcək. 

 

Xatırladaq ki, 29 dekabr 2017-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa çalışan erməni kəşviyyat-diversiya qrupunun qarşısını alarkən şəhid olan Milli Qəhrəman Çingiz Qurbanov 2015-ci ildə optotexnika ixtisası üzrə AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin bitirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza