Modern.az

Cəbrayılın “işıq məhbusları”ndan yeni XƏBƏR var

Cəbrayılın “işıq məhbusları”ndan yeni XƏBƏR var

Aktual

14 Mart 2017, 15:10

Bu gün Nəsimi rayon Məhkəməsində “işıq məhbusları”nın barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə müstəntiqin vəsatətinə və baş prokurorunun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılacaq.

 

Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

2016-cı il dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər.

 

Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib. 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza