Modern.az

Vaqonda yaşayan yoxsul ailə yeni mənzilə köçdü - FOTOLAR

Vaqonda yaşayan yoxsul ailə yeni mənzilə köçdü - FOTOLAR

Aktual

14 Mart 2017, 18:08

Bir neçə gün əvvəl vətəndaş Rasim İsmayılovun Suraxanı rayonu, “Mədən” ərazisində, ağır şəraitdə yaşadığı barədə xəbər vermişdik. Məlumat üçün bildirək ki, 1966-cı il təvəllüdlü R.İsmayılov Bakıda uşaq evində böyüyüb. Bilgəhdə yerləşən 11 və Sarayda yerləşən 7 nömrəli internat məktəbində təhsil alıb. Hazırda 3-cü qrup əlil olan R.İsmayılov 18 illik həyat yoldaşından ayrılıb.

 2 oğlu, 1 qızı ilə birlikdə Suraxanı rayonu ərazisindəki “Mədən” adlanan ərazidə vaqonda yaşamaq məcburiyyətində qalmışdı.

 

Qeyd edək ki, 3-cü qrup əlil Rasim İsmayılov Modern.az saytı vasitəsilə ölkə rəhbərliyinə, müvafiq orqanlara müraciət etmiş, kömək istəmişdi.


Onun həmin müraciətindən sonra müvafiq qurumlar R.İsmayılovu Hövsan qəsəbəsində ikiotaqlı mənzillə təmin edib. Bundan başqa onu həm də işlə təmin ediblər...

 

Rasim İsmayılov Modern.az saytına ailəsinin artıq yeni mənzilə köçdüyünü deyib. O, ailəsinə edilən köməyə, mənzilə görə, Azərbaycanın birinci-vitse prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza