Bu gün Azərbaycan Pemyer Liqasında 22-ci tura yekun vurulub. Modern.az Qol.az-a istinadən xəbər verir ki, "Qarabağ" öz meydanında autsayder AZAL-ı qəbul edib. Cari mövsüm bu rəqibi ilə hər üç qarşılaşmadan qalib ayrılan Ağdam təmsilçisi bugünkü görüşün də aşkar favoriti idi. Gözlənildiyi kimi, görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 1:0.
Digər oyunda isə "Qəbələ" "Neftçi"nin qonağı olub. Roman Qriqorçukun komandası 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra "Qəbələ" turnir cədvəlində ikinci pilləyə düşüb. "Qarabağ" isə vahid liderliyə yüksəlib.
Modern.az