Modern.az

Ənvər Seyidovun həbs etdiyi sabiq polis mayoruna bəraət verildi - FOTO

Ənvər Seyidovun həbs etdiyi sabiq polis mayoruna bəraət verildi - FOTO

Aktual

15 Mart 2017, 15:40

Sumqayıt Apellyasiya Məhkəməsində polis rəisinin keçmiş müavini Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb.

Modern.az xəbər verir ki,  vəkil Adəm Məmmədovun bildirdiyinə görə,  Nazim Hüseynov  barəsində bəraət hökmü çıxarılıb və o, azadlığa buraxılıb.

 Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynovu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

Vəkil Adəm Məmmədov bu haqda deyib:

“Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz və insafsız hakimi Ənvər Seyidovun qanunsuz hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynov  Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ənvər Seyidov mənə bildirmişdi ki, hökmümü heç kim ləğv edə bilməz. Qeyd edilən qərardan tərəfimdən apellyasiya şikayəti verilib və bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümovun hökmü ilə hüquqlarını müdafiə etdiyim şəxsə bəraət verildi. Nazim Hüseynov günahsız yerə 8 ay həbsdə saxlanılıb”.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza