Modern.az

Məşhur rep ulduzu Trumpın hədəfində  

Məşhur rep ulduzu Trumpın hədəfində   

Aktual

15 Mart 2017, 20:00

Dünya üzrə məşhur rep ulduzu Snoop Doggun son klipində canlandırılan Trump obrazı  ABŞ prezidentinin diqqətini çəkib. Modern.az xarici mediaya istinadən  xəbər verir ki, klipdə kloun rolunda çıxış edərək Trumpun başına silah söykəyən Snoop Doggun həbsxanaya girməsi haqqında xəbərlər yayılıb.

ABŞ prezidenti şəxsi “Twitter” hesabından məsələ ilə bağlı  bu cür şərh verib:

 "Karyerası enişə  doğru gedən Snoop Dogg prezident Obamaya silah istiqamətləndirib atəş açmış  olsaydı baş verəcək hay- küyü xəyal edə bilirsinizmi? Həbs zamanı!"

Trumpun vəkili Michael Cohen isə  Snoop Doggun prezident  mövqeyinə hörmət göstərməyi öyrənməsini və Trumpdan üzr istəməyinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Snoop Doggun sözü gedən klipində  Trumpu canlandıran  kloun rolundakı obrazın başına silah tuşlanır və silahdan  atəş açıldıqda  isə üzərində “BANG” yazılan bir bayraq çıxır.

 

Aida İSAQ

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza