Modern.az

Rusiya Polad Bülbüloğlunun YUNESKO-ya namizədliyini dəstəklədi

Rusiya Polad Bülbüloğlunun YUNESKO-ya namizədliyini dəstəklədi

Aktual

15 Mart 2017, 21:26

Rusiya baş nazirinin müavini Olqa Qolodets Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUENSKO-nun baş direktoru postuna namizədliyini dəstəkləyib.

 

 

Modern.az xəbər verir ki, o bu barədə TASS agentliyinə müsahibəsində deyib.

 

“Polad Bülbüloğlu gözəl insan və ictimai xadimdir. O, dünya mədəniyyətini və mədəni inkişafını tarixini mükəmməl bilir. Və o hər bir milli mədəniyyətin əhəmiyyətini həssaslıqla hiss edir”.

 

 

Polad Bülbüloğlunun namizədliyi martın 13-də elan olunub. Baş direktor seçimi 2017-ci ilin payızında keçiriləcək. Hazırda bu postu bolqarıstanlı İrina Bokova icra edir.

 

 

Vüqar İSMAYILOV

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza