Modern.az

Bakı metrosunda tüstülənmə ilə bağlı rəsmi MƏLUMAT  

Bakı metrosunda tüstülənmə ilə bağlı rəsmi MƏLUMAT   

Aktual

15 Mart 2017, 21:32

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı metropolitenində baş vermiş tüstülənmə ilə bağlı məlumat yayıb. Modern.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb. Əlavə məlumat veriləcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza