Modern.az

Air Arabia-nın Bakıya ilk uçuşu başladı

Air Arabia-nın Bakıya ilk uçuşu başladı

Aktual

16 Mart 2017, 12:14

Orta Şərqin və Şimali Afrikanın ilk, həmçinin, ən aşağı büdcəli aviaşirkəti olan(LLC)Air Arabia bugün səhər saatlarında Bakıya ilk uçuşunu yerinə yetirib.

Bu yeni uçuş Azərbaycana və onun genişlənməkdə olan turuzm bazarına ilk dəfə daxil olması kimi qeyd olunur.

Modern.az xəbər verir ki, ilk uçuşda Air Arabia aviaşirkətinin sədri Şeyx Abdullah Bin Mohammed Al Thaninin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti, Ərəb Əmirliklərinin Azərbaycanda səfiri və Azərbaycanın BƏƏ-də səfiri Bakıya gələn təyyarənin göyərtəsində olub.

Yeni marşrut Azərbaycanın son vaxtlar imzalanmış və son ölkədə turizmin inkişafını məqsəd kimi qarşıya qoyan müvafiq sərəncamı dəstəkləyir.

İlk uçuşu yerli vaxtla 09:00-da Şarja Beynəlxalq Hava Limanından başlayan təyyarə Bakıya enən zaman ənənəvi su fəvvarəsi qurşağı ilə qarşılanıb. İlk uçuşla əlaqədar rəsmi tədbir iki gün davam edəcək.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza