Martın 15-də saat 9 radələrində Xətai rayonunun Babək prospektindəki tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində Tovuz rayon sakini Muradxan Qarayev məişət tullantılarını yandırarkən yanıq xəsarəti alıb.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən M.Qarayev orada ölüb.
Araşdırma aparılır.