Modern.az

Hollandiya məhkəməsi sabah “Qarabağ ermənilərə məzar olacaq" deyənə hökm çıxaracaq

Hollandiya məhkəməsi sabah “Qarabağ ermənilərə məzar olacaq" deyənə hökm çıxaracaq

Aktual

16 Mart 2017, 16:16

“Sabah Hollandiya məhkəməsi oradakı Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkınla bağlı hökm çıxarmalıdır. İlhan bəy orada keçirilən etiraz aksiyalarından birində işğalçıları nəzərdə tutaraq "Qarabağ ermənilərə məzar olacaq" sözlərinə görə məhkəməyə verilib”.

 

Modern.az xəbər verir ki,bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.

O bildirib ki,  Xocalı soyqırımını törədən işğalçıları hədəfləyən bu fikirlər ermənilərlə yanaşı, Hollandiyadakı bəlli çevrələrin də xoşuna gəlmir.

 

“Bəlkə ona görə ki, Xocalı soyqırımı həmin çevrələrin yadına Srebrenitsa soyqırımını salır. O soyqırımını ki baş verməsində Türkiyə Prezidenti cənab Ərdoğanın da 3 gün öncə vurğuladığı kimi Hollandiya az sorumluluq daşımır. Axı 1995-ci ilin 11 iyulunda törədilən Srebrenitsa soyqırımı BMT-nin 600 hollandiyalı sülhməramlısının qorxaqlığı üzündən olmuşdu. Hollandlar üzərlərinə düşən vəzifəni yerinə yetirməyərək, yəni şəhəri serb millətçilərindən qorumayaraq general Radovan Karaçiçə ordusuyla ora soxulub ikinci dünya savaşından sonra Avropada baş verən ən böyük kütləvi qətli törətməyə şərait yaratdılar. 8 min boşnak öldürüldü.

Xatırladaq ki, məhz bu davranışına görə Hollandiya məhkəməyə verilərək ondan təzminat tələb edildi. Tələbin rədd olunmasına baxmayaraq, Hərbi Sənədlər İnstitutunun apardığı müstəqil araşdırmalar nəticəsində Srebrenitsa soyqırımında hollandların təkcə hərbiçilərin qorxaqlığının deyil, siyasətçilərinin laqeydlik və məsuliyyətsizliyin də az rol oynamadığı üzə çıxandan sonra orada hökumət istefaya da getmişdi.

Bəli, bir qrup “məsuliyyətsiz siyasətçi” istefaya getdi, ancaq indi onları başqa bir qrup “məsuliyyətsiz siyasətçi” əvəzləyib. Elə buna görə də həmən Hollandiyanın Haaqa şəhərində Srebrenitsa soyqırımıyla bağlı olduğu kimi, Xocalı soyqırımıyla da bağlı Beynəlxalq Hərbi Tribunal qurulmalı, Serj Sərkisyan qarışıq hay hərbi xuntasının əli dinc azərbaycanlıların qanına batan bütün təmsilçiləri orada cavab verməli olduqları halda, onları lənətləyən İlhan Aşkın məhkəmə qarşısına çıxarılır.

Bəlkə, həm də ona görə ki, bu cür qətliamları Afrika və Asiyada zamanında Hollandiya özü də az törətməyib. İndoneziyanın Yava adasında 1830-cu ildə müsəlman kişilərin yarıdan çoxunu qırıb məhv edən məhz Hollandiya olmayıbmı?

 

O da sirr deyil ki, indi qərbdə müsəlman ölkələrinə qarşı yeridilən siyasətdə forpost rolu oynayanlardan biri də məhz Hollandiyadır. Beynəlxalq normaları pozaraq, diplomatik toxunulmazlığı gözardı edərək Türkiyənin nazirinə, həm də xanım nazirinə qarşı yaramaz davranan, onun Rotterdamdakı baş konsulunu tutub saxlayan Hollandiya. Yəni İlhan Aşkının məhkəməyə çıxarılması da, türk rəsmilərinə qarşı bu cür davranış da, Türkiyədə terroçuluqda suçlandırlanlara qucaq açıb sığınacaq verilməsi də eyni düşüncədən və siyasətdən qaynaqlanır. Bu düşüncənin və siyasətin adı- islamafobiya, ksenofobiya, rasizm və türk düşmənçiliyidir”.

 

Deputat qeyd edib ki, Hollandiya məhkəməsində sağlam məntiqin bu cür çürük düşüncələrdən yuxarıda duracağına ümid bəsləyir.

 

“Orası da var ki, məhkəmə nə hökm çıxarır- çıxarsın, İlhan bəy dedikləri onsuz da baş verir. İşğalçıları Qarabağda ancaq ölüm gözləyir. Haqq etdikləri ölüm. Və öldürülürlər də. Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, əgər hay ölmək istəmirsə, Qarabağda nə edir?..”

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza