Modern.az

İki təyyarəni ildırım vurub

İki təyyarəni ildırım vurub

Aktual

17 Mart 2017, 22:53

İstanbulda "Atatürk" adına hava limanına eniş etməyə hazırlaşan iki təyyarəni ildırım vurub. Modern.az  Report-a istinadən xəbər verir ki, hazırda şəhərdə leysan yağışlar davam edir.

İldırım birinci təyyarənin gövdəsini vurub və dispetçerlər bu barədə ikinci təyyarənin pilotlarına məlumat veriblər. Buna baxmayaraq, ikinci hava gəmisi də ildırım vurmasından yayına bilməyib.

Sonda hər iki təyyarə uğurla eniş edə bilib. Zərərçəkənlər və ya təyyarələrə dəyən ziyan barədə məlumat yoxdur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza