Bakıda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan uşaq xilas edilib. Modern.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə yollanıblar. Onlar mənzilin qapısını açıblar və azyaşlını valideynlərinə təhvil veriblər.
Modern.az