Modern.az

“Neft 40 dollara qədər ucuzlaşa bilər” – PROQNOZ

“Neft 40 dollara qədər ucuzlaşa bilər” – PROQNOZ

Aktual

23 Mart 2017, 23:01

Rusiya Maliyyə Nazirliyi dünya bazarlarında neftin 1 barelinin 40 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.

 

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Nazirliyin gəlir departamentinin rəhbəri Yelena Lebedinskaya neftin ucuzlaşması səbəbilə Moskvanın 12-15 milyard dollar ziyana düşəcəyini deyib.

 

 

Bununla belə, onun fikrincə, zəif rubl dövlətin büdcə öhdəliklərini daha asan şəkildə icra etməsinə şərait yaradacaq. Martın 8-dən başlayaraq dünya bazarında neftin ucuzlaşaraq 48-52 dollar civarında hərəkət etməsini davamlı proses adlandrıan Lebedinskaya ABŞ-ın “qara qızıl” bazarına önəmli təsirindən danışıb.

 

 

Ekspertlərin fikrincə də, ABŞ energetika bazarında önəmli pay sahibidir. Argus şirkətinin proqnozuna görə, neftin bahalaşmasına mane olan ABŞ Energetika Nazirliyi və Beynəlxalq Energetika Agentliyinin neft ehtiyatları ilə bağlı proqnozları və yeni şift nefti inqilabının baş verməsidir. Bu faktorlar Amerikanın neftdən asılılığının azalmasına və artıq alan neftin digər ölkələrə satılması ilə bazarda “qara qızıl”ın ucuzlaşması amilidir.

 

 

Vüqar İSMAYILOV

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza