Martın 23-də Sotk-Kəlbəcər magistralında ağır qəza baş verib. Modern.az Azvision.az-a istinadən xəbər verir ki, saat 19 radələrində magistralın 35-ci km-nin "Haruri Dzor" adlanan sektorunda “Volkswagen Golf” markalı 35 AM 335 nömrəli maşın Ermənistan Müdafiə Nazirliyinə məxsus “УРАЛ” markalı 55 37 Տ nömrəli avtomaşınla toqquşub.
Qəza nəticəsində hər iki maşın aşıb. “Volkswagen” təxminən 70 metr dərəyə yuvarlanıb.
Qəza nəticəsində 10 nəfər bədən xəsarətləri ilə Vardenis hərbi hospitalına yerləşdirilib. Məlumata görə, yaralananlardan 6-sı müqaviləli hərbi qulluqculardır.
Modern.az