Modern.az

Kamran Ağayev Almaniyaya qarşı oynayacaq?

Kamran Ağayev Almaniyaya qarşı oynayacaq?

Aktual

24 Mart 2017, 09:33

Xəbər verdiyimiz kimiŞ martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq.

Oyun öncəsi komandamızın əsas qapıçısı Kamran Ağayevin zədəli olması millimizi çətin vəziyyətə salmışdı.

Artıq zədə səbəbindən millimizin məşqlərində iştirak edə bilməyən Kamran Ağayevin vəziyyəti normaldır.

Modern.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Qapıçı zədəsini sağaldaraq, kollektivlə məşqlərə qoşulub.

Onun Almaniya ilə oyunda meydana çıxacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza