Modern.az

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (II yazı)

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (II yazı)

Parlament

11 Aprel 2011, 15:15


Azərbaycanda hər il elmi dərəcə alanların sayının artdığını nəzərə alaraq deyə bilərik ki, indi elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. O cümlədən də Milli Məclisin deputatları üçün. Modern.az saytı Milli Məclisin deputatlarının hansı elmi adlara malik olduğunu araşdırır. Ötən həftə parlamentin Mədəniyyət komitəsinin üzvü olan deputatlardan kimlərin elmi ada malik olduğunu araşdırıb oxuculara məlumat vermişdk.
Bu dəfə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvlərinin hansı elmi ada sahib olduqlarını öyrənməyə çalışdıq.

Qeyd edək ki, Aqrar siyasət komitəsi 9 deputatdan ibarətdir. Komitənin sədri Eldar İbrahimov, sədr müavini isə Eldar Quliyevdir. Üzvlər Arif Əşrəfov, Mahir Aslanov, Nazim Fərəcov, Novruzəli Aslanov, Tahir Süleymanov, İqbal Məmmədov, Ərəstun Cavadovdur.

Modern.az saytının araşdırması zamanı məlum olub ki, komitənin sədri Eldar İbrahimov iqtisad elmləri namizədidir. Onun müavini və adaşı Eldar Quliyev də eyni elmi ada malikdir – iqtisad elmləri namizədi.
Aqrar siyasət komitəsinin üzvlərindən isə yalnız İqbal Məmmədovun elmi adı var, o, iqtisad elmələri namizədidir. Parlamentin həm yeni üzvləri - Arif Əşrəfov, Mahir Aslanov, Nazim Fərəcov, həm də köhnə üzvləri - Novruzəli Aslanov, Tahir Süleymanov, Ərəstun Cavadov elmi ad almaq həvəsinə düşməyiblər.

Sırada digər komitələrin üzvləridir...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj