Modern.az

Qızıl mədənində qəza: 10 ölü

Qızıl mədənində qəza: 10 ölü

Aktual

25 Mart 2017, 09:44

Çinin Xenan əyalətində şaxtada qəza nəticəsində on nəfər ölüb.

Modern.az xarici KIV-ə istinadən məlumat verir ki, hadisə səhər Linbao şəhərindəki şaxtada baş verib.

Qəza zamanı yerin altında ümumilikdə 18 nəfər olub. Şaxtadan sağ çıxarılan 10 nəfər xəstəxanaya yerləşdirilib, lakin xəsarət alanlardan biri dünyasını dəyişib. Bir nəfərin itkin düşdüyü bildirilir..

Qəzanın səbəbləri araşdırılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza