Modern.az

Ukraynada helikopter qəzası: 5 ölü

Ukraynada helikopter qəzası: 5 ölü

Dünya

26 Mart 2017, 20:52

Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında Ukrayna ordusuna məxsus Mi-2 helikopterinin qəzaya uğraması nəticəsində itkilər açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Müdafiə nazirliyinin mətbuat katibi Oksana Qavrilyukun sözlərinə görə, hadisə nəticəsində 5 hərbçi ölüb.

İlkin versiyaya əsasən, helikopter elektrik naqillərə toxunub və yerə çırpılıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB