Türkiyənin baş naziri Binali Yıldırım Ankarada səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşüb.
Modern.az Trükiyə KİV-nə istinadən xəbər verir ki, görüş zamanı “İslam dövləti” (İŞİD) terror təşkilatının İraq və Suriyadan təmizlənməsi üçün edilən cəhdlər və FETÖ ilə mübarizə mövzularını müzakirə edilib
FETÖ ilə mübarizə və Fətullah Gülənin Türkiyəyə təhvili ilə bağlı gözlənilən addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə iki müttəfiq ölkə arasındakı sıx ikili münasibətlərin davam etdirilməsi barədə razılığa gəlinib.
Mətbuata qapalı gerçəkləşən qəbul təxminən 40 dəqiqə çəkib.
Günay Rəsulqızı