Mahaçqalanın mərkəzindəki bazarda baş verən yanğında 33 nəfər xəsarət alıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Dağıstanın səhiyyə nazirliyinin nümayəndəsi Zalina Murtuzaliyeva məlumat verib.
Onun sözlərinə görə, 3 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.
Müxtəlif əşyaların satıldığı bazarda yanğın səhər saatlarında baş verib. Alov bir neçə saat ərzində söndürülüb.
Modern.az