Modern.az

Yanğında 6 yaşlı uşaq öldü

Yanğında 6 yaşlı uşaq öldü

Aktual

31 Mart 2017, 23:13

Sumqayıtda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 30 kvadrat metr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 kvadrat metr  sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza