“ABŞ Suriyadakı siyasi reallığı qəbul etməlidir. Bəşər Əsədin taleyinin xalq tərəfindən müəyyənləşdirildiyini qəbul etmək lazımdır”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Ağ Ev”in mətbuat katibi Şon Spayser bildirib.
Ş.Spayser qeyd edib ki, ABŞ səylərini ilk növbədə İŞİD terror qruplaşması üzərində qələbəyə yönəltməlidir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Bəşər Əsədin devrilməsinin artıq prioritet olmadığını bəyan edib.
Modern.az