Modern.az

Daha bir İŞİD lideri məhv edilib

Daha bir İŞİD lideri məhv edilib

Dünya

1 Aprel 2017, 21:27

İraqda İŞİD terror qruplaşmasının daha bir lideri məhv edilib. Modern.az xarici mediya istinadən xəbər verir ki, zərərsizləşdirilən İŞİD başçısı Əbu Bəkr əl-Bağdadinin “sağ əli” hesab edilən terrorçu İyad əl-Cümeylidir.

Məlumata görə, İraq Hərbi-Hava Qüvvələri terrorçuların Suriya ilə həmsərhəd Anbar əyalətinin Əl-Kaim rayonunda yerləşən komanda məntəqəsinə zərbələr endiriblər. Əməliyyat nəticəsində qruplaşmada ikinci şəxs hesab olunan “Əbu Yəhya” ləqəbli terrorçu İyad əl-Cümeyli məhv edilib. İŞİD iyerarxiyasında İyad əl-Cümeyli “müdafiə naziri” vəzifəsini icra edib. 

 

Məhv edilən silahlılar arasında Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan “Əbu Hacar” ləqəbli Türki Camal əd-Düleymi və “Əbu Həttab” ləqəbli Salam Müzəffər əl-Əcminin olduğu bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB