“Çelsi” futbol üzrə İngiltərə çempionatının 30-cu turunda keçirdiyi ev oyununda məğlub olub. Modern.az xəbər verir ki, “Çelsi” "Kristal Pelas" komandası ilə qarşılaşıb. Oyunun 5-ci dəqiqəsində ev sahibləri hesabı açıb. Amma Sesk Fabreqasın qolundan 4 dəqiqə sonra qonaqlardan Uilfrid Zaa hesabı bərabərləşdirib. Oyunun 11-ci dəqiqəsində isə Kristian Benteke “Çelsi”nin qapısına ikinci qolu vurub. Bununla da "Çelsi"nin məğlubiyyətsizlik seriyası 9-cu oyunda qırılıb. Oyun "Kristal Pelas"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, hazırda "Çelsi" 69 xal ilə turnir cədvəlində liderliyini davam etdirir, "Kristal Pelas" 31 xal ilə 15-ci idir.
Modern.az