Modern.az

Naxçıvanla Türkiyəni birləşdirəcək layihə tamamlanıb

Naxçıvanla Türkiyəni birləşdirəcək layihə tamamlanıb

Aktual

2 Aprel 2017, 10:08

Naxçıvanla Türkiyəni birləşdirəcək dəmir yolunun layihəsinin hazırlanması başa çatıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan İğdırda səfərdə olan zaman deyib.

 

Əhməd Arslanın sözlərinə görə, Qars-İqdır, Dilucu-Naxçıvan dəmir yolu layihələrinin hazırlanması başa çatıb.

“Avropadan gələn bir qatarın Qarsdan İğdıra, İğdırdan Naxçıvana, Naxçıvandan Orta Asiyaya getməsi nəzərdə tutulur. Bu dəmir yolu Türkiyəni, Naxçıvanı, Azərbaycanı daha da gücləndirəcək, ticarətin artmasına səbəb olacaq. Rəhmətlik Heydər Əliyev “bir millət, iki dövlət” olduğumuzu bildirib. Ona görə də Qars-İğdır, Dilucu-Naxçıvan dəmir yoluna çox böyük əhəmiyyət veririk. Layihənin hazırlanması başa çatıb, növbədə layihənin icra edilməsidir. Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr aparırıq”. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza