Modern.az

Sabiq müxalifətçi həbsxanada bıçaqlandı

Sabiq müxalifətçi həbsxanada bıçaqlandı

Aktual

2 Aprel 2017, 14:13

Qırğızıstanda sabiq müxalifətçi deputat təcridxanada bıçaqlanmış vəziyyətdə tapılıb

Qırğızıstanın hüquq-mühafizə orqanları istintaq təcridxanasında keçmiş müxalifətçi deputat Sadır Japarovu bıçaqlanmış vəziyyətdə aşkar ediblər. Qeyd olunur ki, o, boynundan və qollarından çoxsaylı xəsarətlər alıb.

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, müxalifətçi “Ata-Jurt” partiyasından olan keçmiş deputatın vəziyyəti hazırda sabitdir, həyati vacib orqanları zədələnməyib.

 

O da qeyd olunur ki, Japarovun istintaq təcridxanasının əməkdaşlarına qarşı hər hansı şikayəti yoxdur. Təqsirləndirilən əməliyyat olunub və cərrahlar onun həyatını xilas edə biliblər.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza