Ermənistanda keçirilən parlament seçkiləri yekunlaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, artıq səslərin sayılmasına başlanılıb.
Amma parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb. “Erkir media” telekanalının sifarişi əsasında Baltic Surveys/The Gallup Organization şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10 faiz), dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5 faiz) qərarlaşıb.
Qeyd edək ki, seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edib.
Modern.az