Pakistanda cinayətkarlar məbəddə ibadət edən 20 nəfəri qətlə yetirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni törədənlər məbədin nəzarətçisi və onun əlbir olduğu şəxslər olub. Pəncab vilayətindəki sufi məbədində törədilən hadisə zamanı xəsarət alan daha 4 ibadətçinin vəziyyətinin ağır olduğu bildirilir.
Polisin məlumatına görə, söhbət dini mərasimə aid qətldən gedir. Nəzarətçi və onun 4 cinayət ortağı həbs edilib.
Yerli hospitalın həkimi bildirib ki, çılpaq vəziyyətdə tapılmış qətlə yetirilənlərin bədənlərində küt alətlə kəsilmiş-deşilmiş zərbələrin izləri aşkarlanıb.
Modern.az