Serbiyada keçirilən prezident seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Ipsos Strategic” agentliyi tərəfindən keçirilən "exit-pol”un nəticələrinə əsasən, seçkidə ölkənin baş naziri Mladen Vuçiç səslərin 58,1 faizini qazanıb.
İkinci yerdə olan Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç 13,8 faiz seçici səsi ala bilib.
11 namizədin iştirak etdiyi seçkilərdə siyasətçi Luka Maksimoviç isə 9,3 faiz səslə üçüncü olub.
Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.
Modern.az