Modern.az

Ermənistanda parlamentə 4 partiya və blok keçdi

Ermənistanda parlamentə 4 partiya və blok keçdi

Dünya

3 Aprel 2017, 09:07

Ermənistanda bazar günü keçirilən 6-çı çağırış parlament seçkilərinin ilkin nəticələri məlumdur.
Modern.az saytı “news.am”a istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə bülletenlərinin 88 faizi sayılıb.

İlkin nəticələrə görə, parlamentə 4 partiya və blok keçib. Hakim Respublika Partiyası səslərin 49,06  faizini toplayaraq, öndə gedir. İkinci yerdə gələn “Tsarukyan” bloku 27,58  faiz səs qazanıb.
“Çıxış” bloku 7,69 faiz, “Daşnaksütyun” partiyası isə 6,69 faiz səs qazanaraq müvafiq baryeri aşa biliblər.

Çoxlarının parlamentə düşəcəyini gözlədiyi “Ohanyan-Raffi-Oskanyan” blkoku isə cəmi 2,8 faiz səs toplayaraq baryeri aşa bilməyib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB