Modern.az

Qarabağ klanı parlamenti ələ keçirdi, vaxt gedironunla danışmağın yolu bəllidir

Qarabağ klanı parlamenti ələ keçirdi, vaxt gedir, onunla danışmağın yolu bəllidir

3 Aprel 2017, 10:15

“Ermənistanda gözlənilənlər baş verdi. Separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi”.

Modern.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Ermənistandakı parlament seçkilərini şərh edərkən söyləyib.

O, qeyd edib ki, 2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı.

“Prezident Serj Sərkisyanı sərt tənqid edən hər iki müxalif bloku parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən “Tsarukyan” bloku və “Daşnaksütun” partiyaları düşdülər. Bu nəticələri necə dəyərləndirmək lazımdır?

Birincisi, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq. Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sarkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda, indiki klan “seçki yoluyla” hakimiyyətdən gedən deyil. İkincisi, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəriləyişin olmayacağının işarəsidir. İşğal davam edəcək və Sərkisyan əvvəlkitək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər