Modern.az

JAM sədri BSU-nun tələbələrilə ğörüşüb

JAM sədri BSU-nun tələbələrilə ğörüşüb

Qarabağ

13 Aprel 2011, 15:12

Bu gün Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə Bakı Slavyan Universitetinin (BSU) jurnalisitika fakültəsinin tələbələrilə görüşüb. JAM mətbuat xidmətindən daxil olan məlumata görə, S.Verdizadə Azərbaycan mətbuatının mövcud vəziyyətini təhlil edərək, jurnalist araşdırması aparan media təmsilçilərinin üzləşdikləri problemlərdən danışıb. JAM sədri həmçinin tələbələri maraqlandıran suallara cavab verib.

Görüşdə Bakı Slavyan Universitetinin kafedra müdiri, tanınmış telejurnalist Etibar Babayev də iştirak edib. E.Babayev növbəti tədris ilində belə görüşlərin tez-tez keçiriləcəyini bildirib.

Mail Ağaxanov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...