Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev aprelin 12-də cəbhə xəttindəki hərbi hisslərin birində olub.(APA)
S.Əbiyev cəbhənin Ağdam rayonu ərazisindəki hərbi hissələrə baş çəkib, şəxsi heyətlə görüşüb. Şəxsi heyyətin döyüş hazırlığının vəziyyəti ilə tanış olan general-polkovnik səngərlərə də baş çəkib. Nazir düşmən mövqelərini müşahidə edib və Silahlı Qüvvələrin döyüş hazırlığından razı qalıb.