Modern.az

TQDK sınaq imtahanlarının cavablarını açıqladı

TQDK sınaq imtahanlarının cavablarını açıqladı

13 Aprel 2011, 16:23

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da  abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirtdiyi sınaq imtahanın nəticələri açıqlanıb.

TQDK-nın mətbuat xidmətindən Modern.az sayıtına bildirilib ki, imtahanın nəticəsini öyrənmək istəyən abituriyent bu linkə www.tqdk.gov.az/sinaqnetice  müraciət etməklə cavabları öyrənə bilər.

İmtahanlar respublikanın 8 şəhərində, o cümlədən Bakı, Gəncə, Şəki, Masallı, Balakən, İsmayıllı, Yevlax və  Salyan şəhərlərində ümumilikdə 17 binada keçirilib. Qeyd edək ki, bu dəfəki sınaq imtahanı iştirakçılarına aprelin 3-də keçirilmiş imtahanın eyni test kitabçası təqdim olunub.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi